Helikopter qəzaya uğrayıb - Qətərin dörd, Türkiyənin üç vətəndaşı həlak olub

media-ads_728_90

Qətər Silahlı Qüvvələrinin hərbi helikopteri qəzaya uğrayaraq əmirliyin sahilləri yaxınlığında dənizə düşüb.

“TV1” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.

“Hərbi helikopter planlı tapşırığı yerinə yetirərkən qəzaya uğrayaraq Qətərin ərazi sularına düşüb. Hadisəyə texniki nasazlıq səbəb olub”, – qurumun rəsmi bəyanatında qeyd olunub.

Ekipaj üzvlərinin və helikopterin göyərtəsində olan sərnişinlərin tapılması üçün axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

xxxx

Ölkənin ərazi sularında helikopterin düşməsi nəticəsində Qətər Silahlı Qüvvələrinin (SQ) dörd hərbi qulluqçusu, Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi və Türkiyə şirkətinin iki əməkdaşı həlak olub.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

“Martın 21-i axşam saatlarında Qətər və Türkiyə silahlı qüvvələrinin birləşmiş komandanlığının fəaliyyəti çərçivəsində təlim tapşırıqlarını yerinə yetirən Qətər SQ-yə məxsus helikopter texniki nasazlıq səbəbindən dənizə düşüb”, – deyə bəyanatda deyilir.

Qəza nəticəsində göyərtədə olan yeddi nəfər, o cümlədən hər iki ölkənin hərbi qulluqçuları və Türkiyənin “Aselsan” şirkətinin əməkdaşları həlak olub.

Qurumdan vurğulanıb ki, Türkiyə və Qətər arasında hərbi əməkdaşlıq qüvvədə olan razılaşmalar çərçivəsində davam edir.

Qeyd olunur ki, qəzanın dəqiq səbəbləri Qətər tərəfindən aparılan istintaqın yekunlarına əsasən müəyyən ediləcək.

media-ads_728_90
Paylaş