İctimai yerdə dini ayin keçirənlər həbs edilib
Bir qrup şəxsin Xəzər rayonu ərazisində qanunsuz dini ayin keçirməyə cəhd edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən əməliyyat keçirilib.
“TV1” xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, tədbir zamanı qeyd edilən hüquqazidd əməlləri törətməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Nigar Bağırova, 1984-cü il təvəllüdlü Aytən İbrahimova, 1981-ci il təvəllüdlü Şəhla Fərəcova, 1975-ci il təvəllüdlü Xoşqədəm Quliyeva, 1994-cü il təvəllüdlü Şərqiyyə Sadıqova və 1973-cü il təvəllüdlü Arzu Hüseynova saxlanılıblar.
Bildirilib ki, faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və adları çəkilən 6 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Məlumatda qeyd edilib ki, məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.