III MDB Oyunları: Futbol üzrə Azərbaycan millisi gümüş medal qazanıb

media-ads_728_90

Rusiyanın 16 yaşadək futbolçulardan millisi III MDB Oyunlarının qalibi olub.

“TV1” xəbər verir ki, Valentin Qavvanın baş məşqçisi olduğu yığma finalda Azərbaycan millisi ilə qarşılaşıb.

Görüş Rusiyanın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisinin qollarını 46 və 67-ci dəqiqələrdə Əli Bəşirov vurub. Rusiya seçməsinin heyətində isə 73-cü dəqiqədə Klim Denisov, bir dəqiqə sonra İvan Kuzmin, 76-cı dəqiqədə isə Ratmir Lukianov fərqləniblər.

Bu nəticədən sonra Rusiya turnirin qızıl, Azərbaycan isə gümüş medallarına sahib çıxıb.

media-ads_728_90
Paylaş