III MDB Oyunları: Şpaqa üzrə Azərbaycan millisi gümüş medal qazanıb
Qılıncoynatmanın şpaqa növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında final görüşünü keçirib.
“TV1” xəbər verir ki, Gəncə şəhərində keçirilən oyunlarda yığma həlledici qarşılaşmada Rusiya seçməsi ilə üz-üzə gəlib.
Rəqibinə 35:45 hesabı ilə uduzan milli komandamız gümüş medalla kifayətlənib.
Qeyd edək ki, Azərbaycan millisi yarımfinalda Özbəkistanı 42:37 hesabı ilə üstələmişdi.