İki gündə 3 nəfər dəm qazından zəhərlənərək ölüb

media-ads_728_90

Azərbaycanda iki gün ərzində daha 3 nəfər dəm qazından zəhərlənərək ölüb.

“TV1” xəbər verir ki, Şirvan şəhərində yanvarın 24-ü saat 19 radələrində şəhər sakini, 1982-ci il təvəllüdlü Ramin Vaqif oğlu Paşayev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Sabunçu rayonunda yanvarın 24-ü saat 03 radələrində Kürdəxanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Sevinc Gündüz qızı Mahmudova da yaşadığı evin hamam otağında dəm qazından vəfat edib.

Sabunçu rayonu yanvarın 25-i saat 05 radələrində Zabrat qəsəbə sakini, 1982-ci il təvəllüdlü Sənay Eldar qızı İsmayılova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalar rayon prokurorluqları tərəfindən aparılır.

media-ads_728_90
Paylaş