İlham Əliyev Vladimir Putinə minnətdarlığını bildirdi - AZAL-ın təyyarə qəzası ilə bağlı vəziyyətə şəxsən nəzarət etdiyinə görə

media-ads_728_90

Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.

“TV1” xəbər verir ki, bu barədə Düşənbədə oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşündə bəhs olunub.

“Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim”, – deyə dövlətimizin başçısı bildirib.

media-ads_728_90
Paylaş