İlham Əliyev “Qarabağ”ı UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ” klubunun Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması ilə bağlı paylaşım edib.
“TV1” xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!
“Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”.
Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı!
“Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm! pic.twitter.com/h10MjVm5UD
— İlham Əliyev (@azpresident) August 27, 2025