İlin ilk Günəş tutulması başa çatıb - YENİLƏNİB
İlin ilk Günəş tutulması hadisəsi başa çatıb.
“TV1” xəbər verir ki, tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünüb.
Qeyd edək ki, tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edib.
13:20 ——————————————————————————————————————————————
İlin ilk Günəş tutulması hadisəsi başlayıb.
“TV1” xəbər verir ki, bu, qismən Günəş tutulmasıdır.
Günəş tutulması saat 16:43:25-də sona çatacaq.
Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək.
Bu təbiət hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.
Qeyd edək ki, tutulma hadisələri adi astronomik hadisədir və insanlar, ümumiyyətlə, canlılar üçün heç bir təhlükə törətmir.