İmişlidə ağır qəza - 1 ölü, 4 yaralı
İmişlidə minik avtomobilləri toqquşub.
“TV1” xəbər verir ki, qəza Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı iki ədəd “Mercedes” markalı avtomobil toqquşub. Maşınların biri zərbənin təsirindən yol kənarına aşıb.
Qəza nəticəsində xəsarət alan 5 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, bir nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.