İndoneziyada daşqın və torpaq sürüşmələri qurbanlarının sayı 630-u keçib
İndoneziyanın Sumatra adasında fəlakətli daşqın və torpaq sürüşmələrinin qurbanlarının sayı 631-ə çatıb.
“TV1” xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələrinin aradan qaldırılması üzrə Milli Agentliyi məlumat yayıb.
Bildirilib ki, 472 nəfər itkin düşmüş hesab olunur. Təxminən bir milyon ailə təxliyə edilib.
Daşqınlar musson yağışları səbəbindən baş verib, nəticədə minlərlə ev və binaya ziyan dəyib.
Daha əvvəl 593 nəfərin həlak olduğu barədə məlumat verilmişdi.








