İngiltərədə "kritik vəziyyət" elan edildi - Qrip halları kütləviləşir
İngiltərə xəstəxanalarında qrip hallarının artması səbəbilə “kritik vəziyyət” elan edildi.
“TV1” xəbər verir ki, yaranmış situasiya ilə bağlı yerli qurumlardan verilən məlumatlarda bildirilir ki, artan qrip halları sağlamlıq sistemi üzərində böyük təzyiq yaradıb.
Qeyd olunub ki, qrip səbəbindən xəstəxanaya yerləşdirilən xəstə sayısının ilin əvvəlində 5 minin üzərinə çıxaraq 4 qat artdığı bildirilmişdi.
Həmçinin vurğulanıb ki, Milad günündə xəstəxanalarda 4 min 102 qrip xəstəsinin olduğu, bu sayının 29 dekabr tarixində təxminən 25%-lik artışla 5 min 74-ə yüksəldiyi qeyd edilib.
İngiltərənin Sağlamlıq Naziri bildirib ki, bu qış qrip səbəbindən xəstəxanaya yerləşdirilən xəstə sayısı keçən ilə nisbətən 3 qat artaraq böyük təzyiq yaradıb.