İran rialının manata qarşı rəsmi məzənnəsi daha açıqlanmayacaq
Bu gündən Mərkəzi Bank (AMB) İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanmasını dayandırıb.
“TV1” Mərkəzi Banka istinadən xəbər verir ki, İran rialı üzrə ənənəvi istinad mənbələrindən məlumat əldə edilməsinin mümkün olmaması, həmçinin alternativ mənbələrin məhdudluğu və etibarlı olmaması nəzərə alınaraq, İran rialının manata qarşı rəsmi məzənnəsinin açıqlanması dayandırılıb.
Qeyd edilənə görə, analoji səbəblərə görə əksər xarici mərkəzi banklar da rial üzrə rəsmi məzənnəni dərc etmirlər.