İranda güclü zəlzələ dalğası - Xəsarət alanlar var

media-ads_728_90

İranın qərbində yerləşən Kirmanşah əyalətinin Kuzəran şəhəri yaxınlığında baş verən zəlzələlər nəticəsində üç nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, İranın Fövqəladə Halların İdarəedilməsi Təşkilatının sözçüsü bildirib ki, bölgədə beş dəqiqə fasilə ilə iki zəlzələ qeydə alınıb.

Məlumata görə, ilk zəlzələ yerli vaxtla saat 07:13-də 8 kilometr dərinlikdə baş verib. Ardınca 13 kilometr dərinlikdə 5,7 maqnitudalı ikinci zəlzələ qeydə alınıb.

Bundan əvvəl Almaniyanın Geologiya Elmləri üzrə Tədqiqat Mərkəzi (GFZ) bölgədə baş verən zəlzələnin maqnitudasını əvvəlcə 5,0, daha sonra isə 4,5 olaraq yeniləmişdi.

İlkin məlumata əsasən, zəlzələlər nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda bölgədə vəziyyət qiymətləndirilir.

Qeyd edək ki, İranın qərbində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb. Almaniyanın Geologiya Elmləri üzrə Tədqiqat Mərkəzinin (GFZ) məlumatına görə, zəlzələnin episentri 34,50 dərəcə şimal enliyi və 46,33 dərəcə şərq uzunluğunda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, ilkin məlumatda zəlzələnin maqnitudası 5,0 olaraq göstərilsə də, sonradan bu göstərici 4,5-ə yenilənib.

media-ads_728_90
Paylaş