media-1200x100

İranda sərnişin avtobusu yanacaq tankeri ilə toqquşub – Ölənlər var

media-ads_728_90

Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətində sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşub.

“TV1” xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Sistan və Bəluçestan üzrə filialının direktoru Məhəmməd Mehdi Səccadi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, baş verən qəza nəticəsində 9 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

M.Səccadi deyib ki, hadisə yerinə xilasetmə və təcili yardım maşınları cəlb olunub. Xəsarət alanlar tibb mərkəzlərinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş