İranda zəlzələ olub
İranın cənubunda 4.5 bal gücündə zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri Bəndər Abbas şəhərindən 161 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.