İrandan 31 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

media-ads_728_90

İrandan 31 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, dekabrın 15-də saat 23:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar olunub.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb.

Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmaqla ümumi çəkisi 31 kiloqram narkotik vasitəni ölkə ərazisinə gətirməyə cəhd göstərən Lənkəran rayon sakinləri – 1985-ci il təvəllüdlü Şahbazov Qədir Hüseynağa oğlu və 1986-cı il təvəllüdlü Babayev Zamiq Mövsümağa oğlu saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

media-ads_728_90
Paylaş