İrandan Azərbaycana 21 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb

media-ads_728_90

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqram 745 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

media-ads_728_90
Paylaş