İranın Azərbaycandakı yeni səfiri seçilib - XİN

media-ads_728_90

İranın Azərbaycandakı yeni səfirinin seçilməsi ilə bağlı inzibati proses başa çatıb.

“TV1” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu gün mətbuat konfransında bildirib.

İ.Bəqai bildirib ki, İranın Azərbaycandakı səfiri seçilib və təqdim olunub.

“Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələr bizim üçün çox önəmlidir. İranın Azərbaycandakı yeni səfirinin seçilməsi ilə bağlı inzibati proses başa çatıb, arzu olunan şəxs seçilib və bununla bağlı müvafiq proses davam edir. O, Avrasiya üzrə ixtisaslaşmış çox təcrübəli və tanınmış diplomatdır”, – deyə İran XİN rəsmisi qeyd edib.

O bildirib ki, inzibati proses başa çatdıqdan sonra səfirin adı açıqlanacaq.

media-ads_728_90
Paylaş