İrəvan–Moskva təyyarəsində sərnişin ölüb
İrəvan–Moskva reysi ilə uçmağa hazırlaşan təyyarədə ölüm faktı qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə “Armenian Airlines”ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yaşı 50-yə yaxın olan şəxsin vəziyyəti qəflətən pisləşib. Həm ekipaj üzvlərinin, həm də təyyarədə olan iki həkimin ona ilkin yardım göstərmək cəhdləri uğursuz olub.
Hadisə yerinə istintaqçılar cəlb edilib, araşdırma aparılır.