İsrail Hizbullah mövqelərinə zərbələr endirib

media-ads_728_90

İsrail ordusu Livanda Hizbullah mövqelərinə zərbələr endirib.

“TV1” yerli KİV-ə istinadən xəbər verir ki, Livanın cənubunda Hizbullaha məxsus infrastruktur aviazərbələrə məruz qalıb.

Təşkilatın elit “Rizvan Qüvvələri”nə məxsus təlim düşərgəsi və silah anbarı hədəfə alınıb.

İsrail ordusu bu infrastrukturun mövcudluğunu İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmalarına zidd adlandırıb.

media-ads_728_90
Paylaş