İsrail Suriya barədə Türkiyə ilə görüşün təşkilinə görə Azərbaycana təşəkkür edib
Baş nazir Benyamin Netanyahunun dəftərxanası Azərbaycanda aprelin 9-da İsrail və Türkiyə rəsmiləri arasında Suriya barədə görüşün keçirilməsi faktını təsdiqləyib.
“TV1” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata əsasən, İsrail görüşün təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.
“Baş nazir Benyamin Netanyahunun göstərişi ilə ötən gün İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Xaneqbinin rəhbərlik etdiyi hərbi-siyasi nümayəndə heyəti, həmçinin müdafiə nazirliyi və güc strukturlarının nümayəndələri ilə türkiyəli həmkarları arasında görüş keçirilib”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, ötən gün Bakıda Türkiyə və İsrail nümayəndələri arasında görüş keçirilib. Görüşdə Türkiyə və İsrail nümayəndə heyətləri Suriyada münaqişəsizlik mexanizminin yaradılmasını müzakirə ediblər.