İstanbul zəlzələsində azərbaycanlılar xəsarət alıbmı? - XİN

media-ads_728_90

“Türkiyədə baş vermiş zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur”.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, episentri Mərmərə dənizi olan 6.2 bal gücündə zəlzələdən sonra bölgədə 266 təkrar yeraltı təkanlar (afterşoklar) qeydə alınıb. Bildirilib ki, zərərçəkənlərin sayı 236 nəfər təşkil edib.

media-ads_728_90
Paylaş