İstanbulda iki bina çöküb - 7 nəfər xəsarət alıb
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda iki bina çöküb. Dağıntılar altında beş nəfərin qaldığı bildirilir.
“TV1”xəbər verir ki, Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) məlumatına görə, iki bitişik binanın çökməsinə qaz sızmasından sonrakı partlayış səbəb olub.
İstanbul valisi Davut Gül Fatih rayonunda təbii qaz partlayışı nəticəsində uçqun baş vermiş 2 binanın dağıntıları altından 7 nəfərin çıxarılaraq xəstəxanaya göndərildiyini, daha 1 nəfərin axtarışının davam etdiyini bildirib.
Ayvansaray məhəlləsi, Ebe küçəsindəki təbii qazdan qaynaqlandığı ehtimal olunan partlayışdan sonra çökən bitişik 2 binanın dağıntıları ərazisinə baxış keçirilib. İlkin məlumata görə, ümumilikdə 9 nəfər uçqun altında qalıb. Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD), yanğınsöndürmə idarəsi, Fatih Bələdiyyəsi, polis və digər qurumların əməkdaşlığı ilə xilasetmə işlərinə başlanılıb. İndiyə qədər 7 nəfər xəstəxanaya göndərilib.








