Kaliforniyada meşə yanğınları nəticəsində 5 nəfər həyatını itirib
Kaliforniyanın Los-Anceles şəhəri ətrafında baş vermiş güclü meşə yanğınları zamanı azı 5 nəfər ölüb.
“TV1” xəbər verir ki,150 mindən çox insana təxliyə göstərişi verilib. Paliseyd, İton və Hörst bölgələrində baş vermiş yanğın nəticəsində 56 kvadrat kilometrə yaxın ərazi yanıb.
ABŞ Prezidenti Co Bayden fəlakətdən zərər görmüş insanları yaşayış yeri ilə təmin etmək, itkilərini qarşılamaq üçün federal fəlakət bəyannaməsi imzalayıb.