Kaliforniyada yanğın ərazisində nadir təbiət HADİSƏSİ - VİDEO
Kaliforniyanın Los-Anceles əyalətini dağıdıcı yanğın tornadosu vurub.
“TV1” xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
Bildirilir ki, təbii fəlakət nəticəsində baş verən güclü yanğın on mindən çox binanı məhv edib. Hazırda ABŞ ştatında ümumilikdə altı böyük yanğın qeydə alınıb. Ən böyük masştablı yanğın Los-Anceles sahillərində yerləşən Pasifik Paliseyds elit rayonundadır.
Qeyd olunur ki, yanğınsöndürmə xidmətinin əməkdaşları yanğınları söndürərkən ciddi çətinliklərlə üzləşirlər. Yanğın tornadosu nəticəsində alovlar şəhər hüdudlarında yerləşən San Fernando vadisinə çox yaxınlaşıb. Fəlakət qısa bir zamanda Santa Monika dağlarında Malholland Drive-a yayılıb. Tornadonun nəticələrinin öhdəsindən tam gəlmək hələ ki, mümkün olmayıb.
Yanğın tornado nadir təbiət hadisəsidir. Yanğın və güclü küləklər fırlanan yanğın, kül və tüstü sütunu yaratdıqda baş verir. Kaliforniyada meşə yanğınları artıq bir neçə gündür ki, davam edir. Amerikanın AccuWeather şirkətinin nümayəndəsi Bill Ueydell Amerika ştatında təbii fəlakətin vurduğu ümumi zərəri 135-150 milyard dollar qiymətləndirib.
Ən çox zərər görən ərazi bir neçə gün ərzində tamamilə yanmış Pasifik Paliseyds elit rayonudur. 130 minə yaxın sakinə evlərini tərk etmək əmri verilib. Bir çox Hollivud ulduzlarının iqamətgahları və villaları təbii fırtınaların episentrində olub.
Alov Malibuda Paris Hiltonun çimərlik evini tamamilə dağıdıb. Aktyorlar Keri Elves və Mendi Murun evləri də zərərçəkmiş ərazidə olub. Komediya ustası Billi Kristal da yanğında evini itirib, o, 45 il ailəsi ilə birlikdə orada yaşayıb.