media-1200x100

Kaliforniyada yanğınsöndürən təyyarə ilə PUA toqquşdu

media-ads_728_90

Kaliforniyada yanğınsöndürən təyyarə yanğınla mübarizə apararkən pilotsuz uçuş aparatı (PUA) ilə toqquşub.

“TV1” xəbər verir ki, bu barədə ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FAA) məlumat yayıb.

Bildirilib ki, qəzaya uğrayan Kaliforniya yanğınsöndürənlərində cəmi 2 ədəd olan “Canadair CL-415 Super Scooper” təyyarələrindən biri olub.

Toqquşma nəticəsində təyyarə sıradan çıxıb.

Məlumata görə, hadisə nəticəsində Los-Anceles ərazisində uçuşlar məhdudlaşdırılıb.

Araşdırma başlanılıb.

media-ads_728_90
Paylaş