Kamçatka sahillərində güclü ZƏLZƏLƏ
Rusiyanın Kamçatka yarımadasının şərq sahillərində, Sakit okeanda 5,6 və 6,3 bal gücündə iki zəlzələ qeydə alınıb.
“TV1” TASS-a istinadla xəbər verir ki, yeraltı təkanlar təxminən bir dəqiqə fərqlə baş verib.
Daha güclü zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 83 kilometr aralıda, ocağı isə 15,4 kilometr dərinlikdə yerləşib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi Kamçatka sahillərinə kiçik sunami dalğalarının yaxınlaşa biləcəyi barədə xəbərdarlıq yayıb. Bildirilir ki, Petropavlovsk-Kamçatskidə zəlzələ təxminən 4 bal gücündə hiss olunub. Yerli sakinlərə sahil ərazilərindən uzaq durmaq tövsiyə edilib.








