Kamçatka sahillərində iki güclü zəlzələ baş verib
Kamçatka sahillərində 6,0 və 5,7 maqnitudalı iki zəlzələ qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
İlk zəlzələ 6,0 maqnitudada Avaça körfəzinin akvatoriyasında qeydə alınıb. Zəlzələnin episentri 64,6 kilometr dərinlikdə, Petropavlovsk-Kamçatskidən təxminən 210 kilometr məsafədə yerləşib.
Yeddi dəqiqə sonra eyni ərazidə ocağı 72 kilometr dərinlikdə yerləşən 5,7 maqnitudalı ikinci zəlzələ baş verib.








