Kanalda batan şəxslərdən birinin meyiti TAPILDI
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.
“TV1” xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilir.
Qeyd olunur ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Xızıda kanalda batan iki nəfərdən birinin meyiti tapılaraq sudan çıxarılıb. Digər şəxsin axtarışları davam etdirilir.
Qeyd edək ki, Tovuz rayonu Çilovdarlı kənd sakinləri 2001-ci il təvəllüdlü Abdıyev Ramazan İsrayıl oğlu və 1999-cu il təvəllüdlü Abdıyev Orxan İsrayıl oğlu Xızı rayonu Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalına ehtiyatsızlıqdan düşərək boğulub ölüblər.
Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.