Keşlədə anbardakı yanğın söndürülüb - YENİLƏNİB

media-ads_728_90

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən tam söndürülüb.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında bildirilir.

Xatırladaq ki, saat 12:00 radələrində FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bir-birinə bitişik anbarlarda baş verən yanğın 16:00 radələrində məhdudlaşdırılıb.

xxx

Keşlədə obyektdə yanğın baş verib.

“TV1”  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub:

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

media-ads_728_90
Paylaş