Kilian Mbappe “Qızıl buts” mükafatının sahibi olub

media-ads_728_90

“Real”ın hücumçusu Kilian Mbappe Avropa çempionatlarının ən yaxşı bombardirinə təqdim olunan “Qızıl buts” mükafatının sahibi olub.

“TV1” xəbər verir ki, o, bu mükafata İspaniya La Liqasında vurduğu 31 qolla (62 xal) layiq görülüb.

Xatırladaq ki, “Qızıl buts” mükafatı UEFA-ya üzv olan ölkələrin milli çempionatlarında ən çox qol vuran futbolçuya təqdim olunur.

media-ads_728_90
Paylaş