Kriştianu Ronaldu ilk milyarder futbolçu olub

media-ads_728_90

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu ilk milyarder futbolçu olub.

“TV1” xəbər verir ki, “Bloomberg”in verdiyi məlumata görə 40 yaşlı forvardın hazırkı sərvəti 1,4 milyard avro təşkil edir.

Futbolçu bir müddət öncə Səudiyyə klubu ilə dəyəri 400 milyon avrodan çox olan 2 illik yeni müqavilə imzalayıb. Məhz bundan sonra onun sərvəti 1 milyardı ötüb.

Qeyd edək ki, Kriştianu Ronaldu karyerası ərzində ölkəsinin “Sportinq”, İngiltərənin “Mançester “Yunayted”, İspaniyanın “Real Madrid” və İtaliyanın “Yuventus” klublarında çıxış edib.

media-ads_728_90
Paylaş