Küçədə gecələyən uşaqlar ailələrinə təhvil verilib - VİDEO
Xətai rayonunda “Həzi Aslanov” metro stansiyasının yaxınlığında iki uşaq küçədə gecələyib.
“TV1” xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında azyaşlıların küçədə qalması ilə bağlı yayılan görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
“Tədbirlər nəticəsində həmin azyaşlılardan biri – 14 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib. İlkin araşdırma zamanı azyaşlının valideynləri ilə mübahisə etdiyi və xəbərsiz evdən çıxdığı müəyyən edilib. Hazırda digər azyaşlının da ailəsinə verilməsi istiqamətində tədbirlər davam etdirilir”, – deyə rəsmi məlumatda vurğulanıb.
“Həzi Aslanov” metro stansiyasının yaxınlığında küçədə qaldığı müəyyənləşən digər 14 yaşlı uşaq da polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib. /qafqazinfo/