media-1200x100

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

media-ads_728_90

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən “TV1”-ə verilən məlumata görə, yanvarın 6-sı günün birinci yarısında Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Füzuli, İmişli, Saatlı, Sabirabad, Salyan, Beyləqan, Ağcabədi, Goranboy, Naftalan, Bərdə, Tərtər, Yevlax, Ağdam, Daşkəsən, Gəncə, Göygöl, Samux, Şəmkir, Mingəçevir, Cəlilabad, Biləsuvar, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Neftçala, Hacıqabul, Şəki, Zaqatala, Qax, Qobustan, Şabran, Xaçmaz, Siyəzən, Qusar, Xızıda şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

 

media-ads_728_90
Paylaş