Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

media-ads_728_90

Avqustun 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

“TV1” xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzindən verilən məlumatda bildirilir.

Qeyd olunur ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 40 kiloqram 900 qram narkotik vasitə (37 kiloqram 900 qram marixuana, 3 kiloqram tiryək) 5 min ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

media-narkotik

 

media-ads_728_90
Paylaş