Kürdəmirdə FACİƏ - Ana və oğlu qəza yerində həlak olub

media-ads_728_90

Kürdəmirdə minik avtomobili traktorla toqquşub, ölənlər var.

“TV1” xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, həmin yolda hərəkətdə olan “VAZ 2107” markalı avtomobil traktora çırpılıb. Nəticədə, ilkin məlumata görə, iki nəfər həyatını itirib. Daha üç nəfər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanı, eləcə də Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub.

Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü və sərnişinlər çıxarılıb.

TƏBİB-dən verilən məlumata görə, bu gün saat 19:30 radələrində Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 3 nəfər (2-si kişi 1-i qadın olmaqla) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir. Hadisə nəticəsində 2 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, Kürdəmirdə ağır yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub. “VAZ 2107” markalı avtomobilin traktora çırpılması nəticəsində bir ailənin üç üzvü – Səmiyə Hüseynova, sürücü İlkin Hüseynov və Yusif Hüseynov xəsarət alıb, Vüsalə Hüseynova və oğlu Uğur Hüseynov isə ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

media-ads_728_90
Paylaş