Kürün səviyyəsinin artması nəticəsində Qarqar çayında mühafizə bəndi yarılıb

media-ads_728_90

Kür çayında suyun səviyyəsinin artması nəticəsində Ağcabədi rayonunun ərazisində Qarqar çayının mühafizə bəndinin bir hissəsi yarılıb. Hazırda bəndin bərpası istiqamətində tədbirlər görülür.

“TV1” xəbər verir ki, Kür-Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi Elman Nuriyev AZƏRTAC-a bildirib ki, Kür çayında suyun səviyyəsi artdığından axın Qarqar çayı istiqamətinə yönəlib və 700 metr yuxarıda mühafizə bəndi sızma nəticəsində yarılıb.

Hazırda axan su əhali üçün heç bir təhlükə yaratmır, Kürlə Qarqar çayı arasındakı axımı dayandırmaq üçün tədbirləri görülür.

media-ads_728_90
Paylaş