Lənkəranda evləri su basdı 

media-ads_728_90

Dünəndən yağan intensiv yağışlar nəticəsində Lənkəran şəhərinin bir sıra küçələrində həyətyanı sahələr və yaşayış evlərini su basıb.

“TV1” xəbər verir ki, subasma halı əsasən şəhərin Səttərxan, Nizami və Zərifə Əliyeva küçələrində müşahidə olunub.

Bəzi ərazilərdə yağış sularının hündürlüyü yarım metrə qədər yüksəlib. Nəticədə həm piyadaların, həm də avtomobillərin hərəkəti xeyli çətinləşib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yığılmış sular nasoslar vasitəsilə çıxarılır.

media-ads_728_90
Paylaş