Lənkəranda AĞIR QƏZA - 2 azyaşlı, 2 tələbə xəsarət alıb
Lənkəranda yol qəzası baş verib.
“TV1” xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şovu kəndi ərazisində qeydə alınıb.
2003-cü il təvəllüdlü Murad Mirzəzadənin idarə etdiyi “VAZ 2106” markalı nəqliyyat vasitəsi Eldəniz Əmrəyevin idarə etdiyi “Reno” markalı avtomobillə toqquşub.
“VAZ-2106″nın sürücüsü və digər avtomobildə olan sərnişinlər – 7 yaşlı X.Məmmədli, 12 yaşlı F.Əmrəzadə, 17 yaşlı E.Əmrəzadə və 17 yaşlı Ş.Sultanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran xəstəxanasına hospitalizasiya olunublar.
Qeyd edək ki, xəsarət alanlardan ikisi şagird, ikisi tələbədir.