Lənkəranda zibil poliqonunda iki nəfərin yanmış meyiti tapılıb

media-ads_728_90

Lənkəranda 2 nəfərin cəsədi tapılıb.

“TV1” xəbər verir ki, apa-ya istinadən xəbər verir ki, meyitlər Lənkəran rayonunun Göyşaban kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda tapılıb.

Hal-hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Onların kimliyi və hansı şəraitdə öldüyü araşdırılır. İlkin məlumata görə ölənlərin hər ikisi kişi cinsinə mənsubdur.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda yanmış meyiti tapılan şəxslərin Cəlilabad rayonunun Kazımabad kənd sakinləri – 1970-ci il təvəllüdlü Sərraf Bulud oğlu Mustafayev və 1966-cı il təvəllüdlü Əmrah Nəcəfalı oğlu Bədirov olduğu bildirilir. Onların kimliyini dəqiqləşdirmək üçün ailə üzvlərindən analiz götürülüb. Onların fermada gözətçi işlədikləri bildirilir. Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

media-ads_728_90
Paylaş