Lökbatanda yanğın olub - Zəhərlənənlər var

media-ads_728_90

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar yanıb.

Yanğınsöndürənlər tərəfindən tüstünün təsirinə məruz qalmış mənzillərdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 3 nəfər xilas olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

xxx

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən yanğınla əlaqədar 8 nəfər şəxs (2 kişi, 6 qadın) tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Bu barədə apa-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıblar.

media-ads_728_90
Paylaş