Maqnit qasırğası başlayıb
İyunun 27-dən etibarən Yerdə zəif maqnit qasırğası başlayıb.
“TV1” xəbər verir ki, bu barədə Rusiyanın “Fobos” hava mərkəzinin mütəxəssisi Mixail Leus açıqlama verib.
O qeyd edib ki, Yerə qaynar və yüksək sıxlıqlı günəş küləyi daxil olub və bu maqnitosferdə dalğalanmalara səbəb olub.
Mütəxəssis deyib ki, qasırğa G1 sinfinə aiddir və hələlik orta səviyyəyə çatmayıb. Aktivlik indeksi 1,33 vahid təşkil edir. Fırtınanın bir neçə saat davam edəcəyi və günün ikinci yarısında zəifləməyə başlayacağı proqnozlaşdırılır.
Artıq şənbə günü geomaqnit şəraitinin normallaşacağı gözlənilir.