Masallıda ağır QƏZA - Bir ailənin beş üzvü ölüb

media-ads_728_90

Bu gün Astara-Bakı magistral yolunda ağır yol-nəqliyyat hadisəsi olub.

“TV1” xəbər verir ki, ilkin məlumata görə, minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində avtomobildə olan bir ailənin 5 üzvü həyatını itirib.

Hadisə yerinə təcili-tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş