Masallıda evdə yanğın olub - Baba və nəvə ölüb

media-ads_728_90

Masallıda baş verən yanğında 2 nəfər ölüb.

“TV1” xəbər verir ki, Masallı rayonunun Qızılağac kəndində fərdi yaşayış evində yanğın olub.

Yanğın zamanı evdə olan azyaşlı, 2024-cü il təvəllüdlü Məhərrəm Mehman oğlu Məmmədzadə və onu xilas etmək istəyən babası, 1967-ci il təvəllüdlü Abdullayev Camaləddin Həsənağa oğlu ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Müxbir- İlkin Adıyev

media-ads_728_90
Paylaş