Masazırda güclü YANĞIN - Ölənlər var/VİDEO

media-ads_728_90

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evində güclü yanğın baş verib. Yanğın nəticəsində hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları və bitişik hər mərtəbəsi 40 m² olan ikimərtəbəli fərdi yaşayış evinin dam örtüyü 40 m² sahədə yanıb.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilir ki, ikinci evin 1-ci və 2-ci mərtəbələri və digər bitişik evlər yanğından mühafizə edilib.

Yanğın yerinin kəşfiyyatı zamanı iki nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar araşdırma aparır.

FHN qüvvələrinin gördüyü zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Masazır qəsəbəsində fərdi yaşayış evində baş vermiş yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evindəki yanğın nəticəsində ölən şəxlərin adları məlum olub. Bunlar 1949-cu il təvəllüdü Xanım Ağakərim qızı Əliyeva və onun qızı, 1967-ci il təvəllüdlü Reyhan Oruc qızı Əliyevadır.

media-ads_728_90
Paylaş