Maya Sandu prezident kimi and içdi
Maya Sandu Moldovanın yenidən seçilən prezidenti kimi and içib və səlahiyyətlərinin icrasına başlayıb.
“TV1” xəbər verir ki, Moldovada Mariya Sandunun inaqurasiya mərasimi keçirilib.
Andiçmə mərasimində M.Sandu fəaliyyətlərinin icrasına qətiyyətlə başlayacağını bildirib. O, bu sözlərini 500 qonağın iştirakı ilə Kişinyovda keçirilən andiçmə mərasimində söyləyib.
Qeyd edək ki, M.Sandunun Moldovanın prezidenti kimi mandatının ikinci müddəti rəsmən başlayıb.
Xatırladaq ki, Maya Sandu noyabrın 4-də keçirilən prezident seçkilərinin ikinci turunda 55,33 % səslə qalib gəlib.