“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” konfransında ilk panel sessiya keçirilib

media-ads_728_90

“Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilir.

“TV1” xəbər verir ki, konfrans “Televiziya və radio məkanında Azərbaycan ədəbi dilinin normalarına əməl olunması vəziyyəti və nitq mədəniyyəti” mövzusunda birinci panel sessiya ilə başlayıb.

Panel “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rafiq Həşimovun moderatorluğu ilə keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Televiziyasının veteran diktoru, jurnalist Gülşən Əkbərova bildirib ki, televiziya mütəxəssisi kimi müxtəlif kanalları daim izlədiyini, efirdə müəyyən qüsurların da müşahidə olunduğunu vurğuladı. Qeyd edib ki, aparıcıların və çıxış edən qonaqların nitqində heca vurğusuna, fonetik, leksik və qrammatik normalara bəzən kifayət qədər diqqət yetirilmir.

Bundn başqa Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədova qeyd edib ki, ana dilində təhsil almaq başqa dillərdə təhsil almağın kölgəsində qalıb: “Dil pozuntuları da məhz dilə sevgisizliyin fonunda yaranır. Bu pozuntular artıq cəmiyyət üçün ciddi siqnaldır”.

 

media-ads_728_90
Paylaş