Mehriban Əliyeva Çində Anna Akopyanla görüşdü - FOTO
Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva sentyabrın 1-də Çinin Tiencin şəhərində Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan və “Şanxay Əməkdaşlıq Təşkilatı plyus” formatında keçirilən görüşdə iştirak edən dövlət və hökumət başçılarının xanımları ilə birlikdə Hayha çayında gəmi gəzintisində iştirak ediblər.
“TV1” xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Gəzinti çərçivəsində Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanla da görüşüb.