Mərkəzi Bank MDM-ə inkişaf strategiyasının 2024-cü il üzrə hesabatının ictimaiyyətə açıqlanmasını tövsiyə edib

media-ads_728_90

Milli Depozit Mərkəzinin (MDM) 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasının 2024-cü il üzrə icra vəziyyəti barədə hesabat MDM-in Müşahidə Şurası və İdarə Heyəti tərəfindən Azərbaycan Mərkəzi Bankının rəhbərliyinə təqdim edilib.

“TV1” bu barədə MDM-ə istinadən xəbər verir.

Bildirilib ki, hesabatda strategiyada müəyyən olunmuş hədəflərə nail olmaq üçün 2024-cü il üzrə icra edilən fəaliyyətlər barədə ətraflı məlumat verilib. Həmçinin gecikmədə olan fəaliyyətlər və onların icra edilməsi ilə bağlı atılacaq növbəti addımlar Mərkəzi Bankın rəhbərliyinin diqqətinə çatdırılıb.

AMB-nin rəhbərliyi hesabatın icra statusunu məqbul hesab edərək, strateji təşəbbüslərin həyata keçirilməsi ilə bağlı öz tövsiyələrini verib və qeydlərini bildirib.

Mərkəzi Bankın rəhbərliyi tərəfindən MDM-in İnkişaf Strategiyasının 2024-cü il üzrə icra statusunun qısa zaman ərzində ictimaiyyətə kommunikasiya edilməsi tövsiyə olunub.

media-ads_728_90
Paylaş