“Mərkəzi Park”da 2 yaşlı uşaq kanalizasiya quyusuna düşdü
Paytaxtda azyaşlının həyatı təhlükəyə düşüb.
“TV1” xəbər verir ki, hadisə “Mərkəzi Park”da baş verib.
Ailə üzvlərinin dediyinə əsasən, 2 yaşlı uşaq parkda açıq qalan kanalizasiya quyusuna düşüb. Quyunun dərinliyinin 1,5-2 metr olduğu bildirilir.
Valideynlərin və ətrafdakı insanların operativ müdaxiləsi nəticəsində uşaq quyudan çıxarılıb.
İddiaya görə, kanalizasiya quyusunun qapağı tam örtülməyib. Qapağın möhkəm bağlanması üçün xüsusi yerlər olsa da, onlardan istifadə edilməyib. Bu isə ciddi təhlükə yaradıb.